Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şəhriyar Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org report-a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Şükürovun barəsində Cinayət Məcəlləsinin 62-ci (cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq edilib və o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Ş.Şükürov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Ş.Şükürov Bakıda qonşusuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, qonşusunu polisə düzəltmək vədi verib. Lakin sonradan Ş.Şükürov vədinə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb. Daha sonra onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Ş.Şükürov CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.