"Turan İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.
Unikal.org-un xəbərinə görə, bu barədə Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir, nəticəsi barədə əlavə məlumat veriləcək.
""Turan İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir", - deyə məlumatda qeyd olunur.