Bakıda qadına təcavüz etməkdə təqisirli bilinən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2015-ci ildə Sabunçu rayonu Zabrat qəsəbəsində Rüfət Mehdiyev arvadı Samirə Baxışovanı (cinayət işində zərərçəkmiş və onun ailə üzvlərinin adları və soyadları şərti verilib - red.) hamilə olarkən döyüb, ütü ilə bədənin müxtəlif nahiyələrini yandırıb, sonra isə qadının razılığı olmadan onunla intim əlaqədə olub.

Daha sonra o, Samirənin anası Sahibə Baxışıovanı və atası Sadiqə zor tətbiq etməklə hədələyib, sonucunun əmlakının satışından əldə olunacaq pulu tələb edib.

"Samirə ilə Feysbukda tanış olduq

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.2-cü (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 149.1-ci (zorlama), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), və 182.3.2-ci (zor tətbiq etməklə hədə qorxu ilə tələb etmə) maddələrilə təqsirləndirilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıqovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Rüfət Meydiyev elan edilmiş ittihamda özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Samirə ilə 26 mart 2015-ci il tarixdə Feysbukda tanış olub və onunla ailə qurmaq məqsədilə normal münasibət yaradıb: "Samirəyə dedim ki, özümə məxsus Zabrat qəsəbəsində üç otaqlı həyət evim var və orada tək yaşayıram. Həmin vaxt o, mənimlə ailə həyatı qurub, yaşamaq istədiyini söylədi. Bildirdi ki, mənə məxsus evə gedib oranı yığışdırmaq istəyir ki, birlikdə həmin evdə yaşayaq.

"Həyat yoldaşım olmasını istədim

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 29-da Samirə ilə "Koroğlu metrostansiyasının qarşısında görüşüb: "Samirə ilə birlikdə mənə məxsus Zabrat qəsəbəsində olan evimə gəldik. Həmin vaxt Samirə gördü ki, evdə heç bir əşya yoxdur. Samirə isə buna görə narahat olmamağmı bildirdi. Sonra paltarımı dəyişdim, Samirə ilə söhbət etdik. Samirəyə həyatından danışmağı xahiş etdim. O da dedi: "Mənim həyatımda heç kəs olmayıb və görüşdüyüm ilk kişi sənsən. Samirəyə həyat yoldaşım olmasını istədiyimi bildirdim. Samirədə mənimlə yaşamaq istədiyini, hətta evdən çıxanda anasına Rüfətlə görüşəcəyini və bir daha evə qayıtmayacağını dediyini bildirdi.

"Etiraf etdi ki, 5 oğlanla cinsi əlaqədə olub

Rüfət Mehdiyev bildirib ki, sonra Samirəni öpüb, ona məsciddə kəbin kəsdirməyə getməyi təklif edib: "Samirə də mənimlə razılaşdı, bir yerdə Nardaran qəsəbəsində yerləşən pirə gedərək orada kəbin kəsdirdik. Daha sonra isə pirdən çıxaraq Zabrat qəsəbəsinə gəldik. Evə çatanda valideyinlərimə zəng vurdum. Onlara bildirdim ki, ailə həyatı qurmuşam. Ata və anam da ona gözaydınlığı verib, təbrik etdi. Sonra Samirə ilə cinsi əlaqədə oldum və onun bakirəliyini pozdum. Samirə ilə cinsi əlaqədə olanda hiss etdim ki, yataqda çox fəaldır. Buna görə də şübhələndim ki, Samirə məndən əvvəl kiminləsə cinsi əlaqədə olub. Bu səbəbdən Samirədən məndən əvvəl kiminləsə cinsi əlaqədə olub-olmadığını soruşdum. Samirə isə ilkin olaraq etiraf etmək istəməsə də, sonra səmimi etiraf edərək, bildirdi ki, əvvəllər beş oğlanla tanışlığı olub və onlarla qeyri-təbii yolla, yəni anal nahiyyəsindən cinsi əlaqədə olub.

"Qurana əl basdı ki...

Rüfət Mehdiyev qeyd edib ki, Samirəyə əynini geyinib, evinə getməsini istəyib: "Samirə isə onun bakirəliyini pozduğumu və buna görə heç yerə gedə bilməyəcəyini dedi. Mən isə əsəbiləşərək Samirənin üzündən iki dəfə şillə vurdum. Samirəyə çimərək pak şəkildə qurana əl basmağını və bundan sonra həyatında məndən başqa heç kəs olmayacağına söz verməsini bildirdim. Samirə də mənimlə razılaşdı, çimib əlini Qurana basdı ki, məndən başqa həyatında heç bir oğlan olmayacaq. Həmin gün axşam, saat təxminən 23 radələrində Samirənin mobil telefonuna anası zəng vurdu, Samirədən harada olduğunu soruşdu. Samirə isə anasına daha evinə gəlmiyəcəyini və mənimlə ailə həyatı qurduğunu dedi. Anası Samirəyə göz aydınlığı verdi, daha sonra Samirənin atası mənimlə danışdı. Samirənin atası həmin vaxt mənimlə normal qaydada söhbət etdi. Söhbət zamanı Samirənin atası Sadiq məndən qızının işləməyə qoyacağımla bağlı sual etdi. Mən isə ona Samirənin işləməyəcəyini dedim. Sonra atası Samirəni telefona çağırdı. Mən də telefonu selektora qoydum və ona verdim ki, onlar nə barədə danışdıqlarını eşidim. Sadiq kişi qızına göz aydınlığı verdi, onu təbrik edəndən sonra Samirədən nə üçün işə getməyəcəyini soruşdu. Samirə isə ona mənim qoymadığımı dedi. Atası ona mənim Samirənin kredit borclarını bilib-bilməməyimlə bağlı sual verdi.

"7000 manata yaxın borcu olduğunu bildirdi

Təqsirləndirilən şəxsin sözlərinə görə, sadiq yenidən Samirənin telefonuna zəng vurub: "Bu zaman telefonu götürdüm. Atası Samirənin təxminən 7000 manata yaxın borcu olduğunu dedi. Sadiqə həmin krediti ödəməyə imkanım olmadığını, əgər elədirsə, Samirəni geri, evlərinə qaytaracağımı dedim. Samirə isə məndən xahiş edərək, yaşadığı evə getmək istəmədiyini, mənimlə yaşamaq istədiyini və onun kreditini atasının qaytaracağını bildirdi.

Ertəsi günü Samirəni öz evimizə apardım. Onu valideyinlərim və qohumlarımla tanış etdim. Sonra isə Samirənin valideyinlərinin yaşadıqları evə getdim, onun valideyinlərilə tanış oldum. Həmin vaxt Samirənin atasına bildirdim ki, qızının banka olan kredit borcunu ödəyə bilməyəcək. Atası ilə aramızda razılıq oldu ki, onlar yaşadıqları evi satıb, Samirənin banka olan borcunu ödəyəcəklər, əllərində qalan pula isə normal ev alaraq yaşayacaqlar. Sonra Samirənin əşyalarını götürərək yaşadığımız evə gəldik və normal ər-arvad kimi yaşadıq.

"Dedim ki, imkanım yoxdur

Rüfət Mehdiyev bildirib ki, Samirə təxminən bir aya yaxın işə gedib-gəlib və banka olan kreditinin bir aylığını ödəyib: "Amma mənimlə Samirənin arasında razılıq oldu ki, mən işə düzələndən sonra Samirə işdən çıxacaq. 2015-ci ilin iyun ayının əvvəllərində "Sokar şirkətinə işə düzəldim. Samirəyə dedim ki, daha işləməyəcək. Çünki həmin vaxt 1200 manat maaş alırdım və Samirənin işləməyinə ehtiyac yox idi. Samirə də mənimlə razılaşdı və işə getmədi. Həmin vaxt maklerlər mənim mobil telefonuma zəng vurdu və bildirdi ki, Samirənin atası və anası evi satmaq istəmirlər. Belə ki, evə müştəri aparan kimi, onlar bir bəhanə ilə müştərini evdən uzaqlaşdırırlar. Bu səbəbdən də mənimlə Samirənin arasında mübahisəmiz yarandı. Çünki Samirəyə dedim ki, banka olan krediti ödəməyə imkanım yoxdur. Samirə isə mənə narahat olmamağı və atasının evi sataraq borcu ödəyəcəyini bildirdi.

"Üzündən zərbə vurdum

Rüfət Mehdiyev bildirib ki, iyulun 1-də Samirənin anası Sahibənin ad günü olub və həmin gün saat təxminən 13 radələrində "Koroğlu metrostansiyasının qarşısında Sahibəni götürərək öz yaşadığı evə gətirib: "Sahibəni evə düşürəndən sonra mağazaya getdim ki, ərzaq alım. Mağazadan evə qayıdandan gördüm ki, Sahibə pəncərənin qarşısında oturaraq siqaret çəkir. Sahibənin ad gününü təbrik etdim və ondan evi nə vaxt satacaqlarını soruşdum. İlkin olaraq Sahibə mənə evi satacağını dedi. Həmin vaxt gördüm ki, Sahibə sərxoş vəziyyətdədir. Sonra Sahibə evi satmıyacaqlarını bildirdi. Samirəyə tərəf baxaraq ondan nə üçün anasının belə dediyini soruşdum. Sahibə sözümdən əsəbiləşdi, ünvanıma nalayiq sözlər işlətdi. Sahibəyə cavab qaytarmaq istədim. Bu zaman Samirə də anasının tərəfini saxladı və mənim üstümə gəlmək istədi. Buna görə Samirənin üz nahiyyəsindən möhkəm şillə ilə bir dəfə vurdum. Zərbədən Samirə yerə yıxıldı. Sonra Samirə yerdən qalxaraq yenə də üstümə gələn zaman onun üz nahiyyəsindən yenə də şillə ilə vurdum.

"Öz həyatımızı yaşamışıq

Rüfət Mehdiyev qeyd edib ki, sonra evdən çıxaraq Zabrat qəsəbəsində yerləşən məscidə gedib: "Ertəsi gün, saat təxminən 11 radələrində Samirə və onun anası ilə birlikdə idarə etdiyim maşınımla "20 yanvar metrostansiyasının yanına gəldik. Orada Sahibəni düşürdüm, sonra isə Samirə ilə birlikdə valideyinlərimin yaşadığı evə getdik. Bacım uşağının ad gününü qeyd etmək üçün hamımız birlikdə restorana yollandıq. Həmin gün saat 22 radələrinə kimi restoranda olduq və sonra isə Samirə ilə yaşadığımız evə gəldik. Normal qaydada yenə də öz həyatımızı yaşadıq. Sonradan cəhdlərimə baxmayaraq Samirə evimdən çıxdı və polis əməkdaşları ilə birlikdə getdi. Sonradan dəfələrlə Samirənin yaşadığı evə getdim, onu geri qaytarmaq istədim. Lakin Samirə geri qayıtmadı.

"Qeyri-təbbi yolla cinsi əlaqədə olmamışam

Rüfət Mehdiyev ifadsində bildirib ki, Samirə ilə qeyri-təbbi yolla cinsi əlaqədə olmayıb, iyulun 1-də, Samirənin üz nahiyyəsindən vuraraq xəsarət yetirib, lakin iyulun 2-də Samirə ilə birlikdə saat 12 radələrindən axşam saat 22 radələrinə kimi bacısı uşağının ad günündə olub və normal qaydada şənləniblər: "Samirəni nə döyməmişəm, nə də əlinə ütünü basmamışam, onun əlini yandırmamışam. Sadəcə əsəbiləşərək iki dəfə Samirənin üz nahiyyəsindən şillə ilə vurmuşam və sonuncu zərbədən yerə yıxılaraq xəsarət alıb.

"Mənə işgəncə verib

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Baxışova bildirib ki, görüşdükləri birinci gündən Rüfətin ona qarşı zor tətbiq etməsində, ona işgəncələr verməsində məqsəd atasına məxsus evin satılması və həmin pulları ələ keçirməsi olub: "Belə ki, feysbukda tanış olduqdan sonra hələ görüşməmişdən öncə evlilik barədə danışdıqda Rüfətə bildirmişəm ki, atası ilə yaşadığım evi öz adına keçirəcək. Sonradan birlikdə yaşadığımız vaxt Rüfət adıma "Bank of Bakuya kredit borcunun olduğunu bildikdən sonra evin satılaraq, pulun ona verilməsini bildirməyə başladı. Hətta, aprelin 10-da Rüfətlə valideyinlərimin yaşadığı evə getdik. İlk dəfə valideyinlərimlə tanış olanda Rüfət atama dedi ki, mənim banka borcum var, atamdan yaşadığım evi sataraq borcu ödəməyi söylədi. Lakin atam kredit borclarını özü ödəyəcəyini bildirəndə, Rüfət yenə də evin satılmasını israr etdi. Sonra Rüfət mütəmadi olaraq, valideyinlərimə zəng vurub, evi satmalarını bildirdi, lakin evin satılmadığını biləndə mənimlə mübahisə etməyə başladı.

"Atamı evin satılmasına razı sala bildik

Zərərçəkmişin ifadəsinə görə, mübahisə zamanı da Rüfət onu döyüb, xəsarət yetiririb: "Həm hamiləliyimə görə, həm də ki, valideynlərim evi satmadıqları üçün Rüfət məni mütəmədi olaraq yenə də evdə döyürdü. Aprel ayının axırlarında Rüfətlə birlikdə atamın yaşadığı evə getdik. Həmin gün Rüfət hamilə olduğumu da bildirərək, atamı evin satılmasına razı sala bildi. Daha sonra Rüfət həmin gün evin satılmasını özü həyata keçirəcəyini dedi. Atama yaşlı olduğunu dedi, qiymət barədə isə özü danışacağını söylədi.

"Pulu mənə verəcəyini söylədi

Samirə Baxışova qeyd edib ki, növbəti günlərdə Rüfət internet vasitəsilə satış barədə elan yerləşdirib: "Mənə dedi ki, atamgilin yaşadığı evin yaxınlığındakı ev alqı-satqısı ilə məşğul olan şəxslərə də evin satılması barədə məlumat verib və öz nömrəsini də ev alqı-satqısı ilə məşğul olan şəxslərə verib. Rüfət özü həmin alqı-satqı işi ilə məşğul olaraq maklerləri evə gətirərək müştərilərin axtarışında olub. Elan verildikdən sonra Rüfət atama evi satıldıqdan sonra pulu saxlamaq üçün mənə verəcəyini dedi. Buna səbəb kimi atamgilə həmin puldan ev tikəcəyini və buna görə də pulun onun əlinin altında olmasını bildirdi. Həmin puldan mənim kredit borcumu da bağlayacağını söylədi. Lakin atam buna razı olmadı və pulun bankda öz adında qalmasını istədiyini bildirdi.

"Atamı öldürməklə hədələdi

Samirə Baxışovanın sözlərinə görə, Rüfət hətta aprel ayının axırlarında evin satılmasını atasından tələb edib: "Rüfət atamla mübahisə edib və evin təcili satılmağını tələb etdiyinə görə stəkanı qırıb və həmin şüşə qırığını atamın üzərinə tutub, onu hədələyib. Həmin vaxt Rüfət hətta stolun üzərindən bıçağı da görürərək atamın üzərinə getsə də, sonradan sakitləşərək onu yerinə qoyub. O zaman atamın yerə yıxıldığını və başı yerə dəydiyini xatırlayıram. Sonrakı günlərdə də Rüfət evin gec satılmasına görə mübahisə yaradıb və məni döyüb.

"Dedi ki, ev təcili satılmasa, sizi öldürəcəm

Samirə Baxışova qeyd edib ki, iyulun 1-də Rüfət evin satılmadığı üçün onun anasının üstünə qışqırıb: "Sonra otağın qapısını bağlayıb, başı ilə sifət nahiyəmdən vurub, zərbədən gözlərimin altı zədələnib, sonra isə təpiklə qarnımdan və ayaqlarımdan vurub. Daha sonra Rüfət saçımdan tutaraq məni yerə yıxdı, anam səsə çıxdı, o, anamın da üstünə hücum etdi. Rüfət anamın üstünə gedərək onu vurmaq istədi və dedi ki, ev təcili satılmasa, sizi öldürəcəm.

"Barmaqlarımı doğrayacağını, ata-anamı öldürəcəyini dedi

Zərərçəkmişin ifadəsinə görə, ertəsi gün Rüfət əslində evin hələ də satılmamasına əsəbləşib və evdə olan ütünü elektrik cərəyanına qoşaraq maksimal dərəcədə qızdırıb, sonra onun əlinə vurub: "Üzümü də ütü ilə yandıracaqdı ki, anam evi satıb, üzümü plastik əməliyyat etdirsin. Sonra Rüfət həmin qaynar ütünü sağ əlimin üstünə basdı, bir neçə saniyə saxlayaraq yandırdı. Anamdan evin təcili satılmasını tələb etdi və əks təqdirdə bizi öldürəcəyini bildirdi. Hətta əvvəllər də Rüfət demişdi ki, əgər həmin ev satılmasa, üzümə kislota tökəcək və valideynlərimi də bıçaqlayacaq. Rüfət atama vaxt verdi, dedi ki, iyunun 26-dək ev satılmasa, mənim barmaqlarımı hissə-hissə doğrayıb, ona göndərəcək və sonra da ata-anamı öldürəcək. Artıq Rüfətin evin satılmadığına görə məni hətta öldürməsini, işgəncələr verməsini fikirləşdim. Buna görə də valideynlərimə məni təcili buradan aparmalarını dedim. Daha sonra da polislərlə birlikdə valideynlərim gələrək məni həmin evdən apardılar. Rüfətin mənimlə yaşadığı müddətdə işgəncələr verməsi və ailəmə olmazın hədə-qorxular gəlməsində məqsəd yalnız evin satılıb, pulun ələ keçirilməsi olub. Rüfətin məndən uşağının olmamasını istəməsi də bunu sübutdur.

Hökm: 10 il 11 ay...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Rüfət Mehdiyevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İşə hakim Vaqif Mirsaqulovun sədrliyilə baxılıb.
Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Rüfət Mehdiyevin şikayəti təmin edilməyib.

Publika.az