Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasında insident baş verib. 

Unikal.org-un lent.az-a istinadən xəbər verir ki, xəstəxananın mühafizəçisi, 22 yaşlı Mikayıl Zəkiyevlə içəri keçmək istəyən şəxs arasında münaqişə baş verib. Bu zaman xəstəxanaya gələn şəxs mühafizəçini döyərək onun köynəyini cırıb.
Araşdırma zamanı hadisəni törədən şəxsin 45 yaşlı Arif Zeynalov olması müəyyən edilib. Hadisə vaxtı onun sərxoş olduğu üzə çıxıb.

Araşdırma aparılır.