![](http://unikal.org/uploads/posts/2016-04/1461141918_426750.jpg)
Neo-soul janrında oxuyan məşhur amerikalı müğənni Con Lecend və xanımı, supermodel Krissi Teyqenin aprelin 14-də dünyaya gəlmiş qızlarının ilk fotosu sosial şəbəkələrdə yayılıb.
Unikal.org milli.az-a istinadən bildirir ki, 37 yaşlı Con Lecend qızına Luna Saymon Stivens adını verib. 30 yaşlı Krissi Teyqen də qızı Lunanın fotosunu İnstagram-dakı profilində paylaşıb.
Con Lecend və Krissi Teyqen 2013-cü ildə İtaliyada evlənmişdilər.
![](http://unikal.org/uploads/posts/2016-04/1461141961_426750_04.jpg)