Bu gün Bakı Ağır Cinayət Məhkəməsində "İŞİD" terror təşkilatına qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı çıxış edərək A.Qəhrəmanovun 11 il, R.Qasımovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, adıçəkilən şəxslər Suriyadan Azərbaycana qayıdarkən saxlanılıblar.