Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının önündə baş verib.
Belə ki, yolu keçmək istəyən rayon sakini, 1963-cü il təvəllüdlü Afət İbrahim qızı Bənnayevanı motosiklet vurub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.