Azərbaycanlı idmançı Kamil Yusubov Ukraynada dənizdə üzərkən boğulub.
Unikal.org xəbər verir ki, bu barədə idmançının keçmiş məşqçilərindən Ramin Allahverdiyev sosial şəbəkədə məlumat verib:
"Bu gün olduqca çox ağır xəbər aldım. Köhnə tələbələrimdən olan Kamil Odessada dənizdə boğulub dünyasını dəyişib. Allah rəhmət eləsin. Kamilin qardaşı da hazırda yığma komandanın üzvü Ramil Usubov da bizim tələbədir. Ümumiyyətlə bu qardaşlar ədəb məktəbinin nümayəndələri olub həmişə... Onların zalda müəllimlə, tələbə ilə davranışları məni həmişə valeh edib. Mərhumu axşam təyyarə ilə gətirirlər. Sabah dəfn olunmalıdır.
Qeyd edək ki, bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb.