Lənkəranda özünü və evini yandıran şəxs ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Xalıqlı kəndində baş verən yanğın hadisəsi ilə bağlı təfərrüat məlum olub.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Gülməmməd Eyvazov özünü evdə yandırıb. Daha sonra evin yandığını görən G.Eyvazov özünü pəncərədən aşağı atıb.

Ağır yanıq xəsarətləri alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

11:36

Lənkəranda ev yanıb, mənzil sahibi yanıq xəsarətləri alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlı kəndində qeydə alınıb.

Kənd sakini 52 yaşlı Gülməmməd Eyvazov evinin yanması nəticəsində ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.