Hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının birinci günündə Azərbaycan yığmasının üzvü Qalib Əliyev qızıl medal qazanıb.
Unikal.org xəbər verir ki, sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumuniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.