Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Aİ rəsmisi qeyd edib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.
Unikal.org-un azvision.az-a istinadən məlumatına görə, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə iştirak etməyəcək. Onun əvəzində Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.
Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:
Hacı Fuad Nurullayev - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı
Ceyhun Rüstəmov - İlahiyyat məscidinin imamı
Aleksandr Şarkovski - Yəhudi icmasının sədri
Elnur Əfəndiyev - Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Rasim Xəlilov - "Həyat Sözü protestant dini icmasının başçısı
Siyavuş Heydərov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Nicat Məmmədli - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri