Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək.

Unikal.org-un "Anadolu-ya istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan Nyu-Yorkda keçirilən işgüzar forumda bəyan edib.
"Gələn bazar ertəsi cənab Putin ilə telefon bağlantımız olacaq, sentyabrın 28-də isə birgə şam edəcəyik. Bütün baş verənləri müzakirə edəcəyik, o cümlədən Suriyanı, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti görüşün keçirləcəyi məkanın adını açıqlamayıb.