Bakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynləri məktəb direktorunun işdən çıxarılmasına etiraz əlaməti olaraq, aksiya keçirirlər.

Unikal.org apa-ya istinadən xəbər verir ki, valideynlər bu gün səhər məktəbin qarşısında toplaşıblar. Onlar təhsil müəssisəsindən Təhsil Nazirliyinədək yürüş edəcəklərini deyiblər.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Bu şayiələr məqsədli şəkildə yayılır. Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir. Onu hazırda direktorun təlim-tərbiyə işləri üzrə müavini əvəz edir. Məktəbin idarəçiliyində heç bir problem yoxdur, valideynlərin təşvişi əsassızdır.