Bakıda şadlıq evində ölüm hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Orada keçirilən toy mərasiminə qonaq qismində qatılan Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Səmid Məmmədov qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.