Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Goranboy rayon sakini Elməddin Hüseynovdan 3 kiloqram 650 qram marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.