"Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin yaydığı fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq.
Komitə sədri bildirib ki, məscidlərdə vaxtaşırı monitorinqlər keçirilir və bu davam edəcək: "Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsi haqqında məlumatlanmaqdır".