Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar.

Unikal.org APA-ya istinadən xəbərinə görə, bunu erməni deputatlardan biri - Mane Tandilyan deyib.

Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub, - deyə o, bildirib.

Xatırladaq ki, Mane Tandilyan və Armen Aşotyan "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdədirlər.