"AAAF park"ın təsisçisi Tofiq Heydərovun həbs olunması ilə bağlı xəbərlər yayılıb.
Şirkətin direktoru, Tofiq Heydərovun qaynı Əli Nəbiyev Unikal.org-a açıqlamaısnda bildirib ki, T.Heydərovun həbsi ilə bağlı yayılan məlumat əsassızdır: "Tofiq Heydərov hazırda Kosovada 17-18 yaşlı gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində iştirak edir. Yayılan məlumat yanlışdır".
Şirkətdə vegi yoxlamasının aparılması məsələsinə də münasibət bildirib: "Hüquq mühafizə orqanları ilə heç bir problemimiz yoxdur".