Bu gün Topaz Premyer Liqasında altıncı tura start verilib.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu dəfə turun oyunları 3 günü əhatə edəcək. İlk oyun günündə yalnız 1 qarşılaşma keçirilib.
Turun açılış matçı "Qarabağ və "Sumqayıt arasında oynanılıb. Ağdam klubu 4:1 hesabı ilə qalib gəlib. Bu matç əvvəlcədən Sumqayıtda keçirilməli olsa da, "Qarabağın "Roma ilə oyundan öncə süni qazonlu meydançada mübarizə aparmaması üçün qarşılıqlı razılıq əsasında ev sahibi qismində Ağdam klubu çıxış edib.
Qeyd edək ki, altıncı turun 2 oyunu şənbə, 1 oyunu isə bazar günü keçiriləcək.