Sentyabrın 21-də Xırdalanda itkin düşmüş 13 yaşlı Ülvi Cəfərli hələ tapılmayıb.
Unikal.org xəbər verir ki, Abşeron rayonu, Xırdalan Polis İdarəsinin bölməsindən Lent.az-a verilən məlumata görə, yeniyetmənin axtarışları davam etdirilir.
Uşağın valideyni Ruslan Cəfərlinin sözlərinə görə, havanın qaranlıq olması ilə əlaqədar küçədəki müşahidə kameralarının görüntüləri effekt verməyib.
Qeyd edək ki, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan 2004-ci il təvəllüdlü Cəfərli Ülvi Ruslan oğlu itkin düşüb. Bu barədə Unikal.org-a itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub.
Əlaqə nömrəsi: 0503848974