Azərbaycan Mətbuat Şurasınn Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu Milli Şuranın bu gün Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul stadionu) keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasından Unikal.org-a verilən məlumata görə, aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb:"Onlara bununla bağlı müvafiq tövsiyələr verilib".