Bakıya istirahətə gəlmiş iranlı turist polisə müraciət edib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı Seyyid Ehsan Yunisi bildirib ki, Rəşid Behbudov küçəsi 10 ünvanındakı gecə klubunda ona vermədiyi sifarişlərə görə gələn hesabı zorla ödətdiriblər.

Şikayətçi ərizəsində qeyd edib ki, gecə saatlarında kluba gedib. Az sonra iki yüngül əxlaqlı qadın onun masasına yanaşaraq birgə istirahət edə biləcəklərini deyiblər və müxtəlif içkilər sifariş veriblər. Durub getmək istədikdə isə klub işçiləri həmin qadınların içdiyi içkilərin hesabının onun tərəfindən ödənməli olduğunu bildirərək qarşısını kəsiblər. İranlı turist həmin qadınlara görə əlavə 166 manat ödədikdən sonra klubu tərk edə bilib və dərhal polis bölməsinə gedib.

Məsələ ilə bağlı araşdırma aparılır.