Magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə unikal.org-a "Azərsudan məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.