Sambo üzrə doqquzqat dünya çempionu, Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytnantı Ceyhun Məmmədov idmançılara maaş verilməməsinin səbəbini açıqlayıb.
Unikal.org-a danışan keçmiş idmançı ciddi maliyyə sıxıntısı yaşadıqlarını etiraf edib.
O, bildirib ki, federasiyada heç bir idmançıya maaş verilmir: "Məşğul olduğumuz qeyri-olimpiya idman növüdür deyə, dövlət tərəfindən bizə maaş ayrılmır. Bəzən sponsorlar olur, onlardan maliyyə alırıq. İlin sonunda baxırıq, yaxşı nəticə verən idmançılara yüngül mükafatlar təqdim edirik. Kaş ki, bizim də maliyyəmiz olardı, idmançılara maaş verərdik. Təəsüüf ki, nə özmüzün pulu var, nə də başqa yerdən gəlirimiz.
Sambo üzrə doqquzqat dünya çempionu Ceyhun Məmmədov 2019-cu ildə keçriləcək II Avropa Oyunlarına hazırlaşdıqlarını, bunun üçün də həmişə olduğu kimi əcnəbilərə yox yerli gənc idmançılara üstünlük verəcəklərini açıqlayıb: "Kim güclüdürsə, o da yarışa yollanacaq.
Aygün İlqarqızı