İcra başçısı Asif Əsgərovun fəaliyyəti Nəsimi rayonunda sakinlər arasında narazılığa səbəb olub.
Unikal.org bildirir ki, sakinlərinin iddiasına görə, rayonun Asif Məhərrəmov küç. 32, 46, Alı Mustafayev küç. 5-19 ağaclar kəsilərək yerində obyektlər tikilib.
Bu da vətəndaşların narazılığına səbəb olub. Onlar iddia edirlər ki, icra başçısı adıçəkilən ünvandakı yerləri pulla satıb.