Qazaxıstanın Aktau şəhərində öz işinə başlayan "Beynəlxalq Xəzəryanı Gənclər forumu 23 sentyabr tarixində yekunlaşdırıb.

Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin qatıldığı forumun açılış mərasimini Manqustau vilayətinin başçısı Yeralu Toğjanov edərək, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Xəzəryanı gənclər forumunun iki ölkənin dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəyinə, gənclərin fikir mübadiləsi apararaq, yeni bilik və təcrübələrə yiyələcəyinə, bununla da münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmin yaradacağına əminlik bildirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Qazaxıstanın Dini işlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbaev, Qazaxıstanın Təhsil və elm nazirinin müşaviri Aryn Orsariyev, İran İslam Respublikasının Qazaxıstandakı konsulu Mahmud Adib və digər rəsmilər də çıxış edərək forumun önəmində danışıblar.

Azərbaycanın respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, öz çıxışında gənclərin ictimai siyasi proseslərdə önəmli rol oynadıqlarını bildirirək, forum iştirakçılarına Azərbaycanda aparılan gənclər siyasəti, qəbul olunan dövlər proqramları, yerli və beynəlxalq səviyyədə gerçəkləşən tədbirlər, layihələr haqında məlumat verib, hər iki ölkənin rəhbərlərinin təşəbbüsü ilə keçirilən bu forumun gənclər siysəti tarixində öz yerini tutacağına əminliyini bildirib.

Forumun davamı olaraq Milli Məclisin deputatı Şahin İsmayılov, eyni zamanda Azərbaycanın müxtəlif hökümət və qeyri hökumət gənclər təşkilatları və müxtəlif qurumlarının aktiv gənclərinin iştirakı ilə "Mədəni həyatda gənclərin rolu: dəyərlər, arxetiplər və hədəflər, "Gənclər həyatının dizaynı, "Yeni liderlərin hazırlanması və digər mövzularda panel iclaslar keçirildi.

Forum Azərbaycan və Qazaxıstan mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başda çatıb.