Azərbaycan Milli Məclisinin 2017-ci il payız sessiyasında ilk iclası oktyabrın 2-də keçiriləcək.
Unikal.og-un apa-ya istinadən məlumatına görə, iclasın gündəliyinə 34 məsələ daxildir.
Gündəlikdə MM-in payız sessiyasında qanunvericilik işlər planı, Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, bir sıra sənədlərin ratifikasiyası, "Polis haqqında, "Hərbi vəzifə və hərbi xidmət haqqında, "Korrupsiyaya qarşı mübarizə haqqında, "İpoteka haqqında, "Yol hərəkəti haqqında, "Əmək pensiyaları haqqında və sair qanunlara dəyişikliklər var.