Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində "Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri sözləri "Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri sözləri ilə əvəz edilir.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.