Nyu-Yorkda yerləşən "Metropoliten-muzey dünyanın ən yaxşı muzeyi hesab olunub.

Unikal.org-un məlumatına görə, bu "TripAdvisor saytının reytinqinə əsasən müəyyənləşdirilib.

İkinci yerdə ABŞ-dakı digər muzey, Yeni Orleanda İkinci dünya müharibəsi Milli Muzeyi qərarlaşıb.

İlk üçlüyü Parisdəki "Orse muzeyi tamamlayır. Çikaqonun İncəsənət İnstitutunun muzeyi dördüncü, Sankt-Peterburqdakı "Ermitaj muzeyi beşinci yerdə qərarlaşıb.

Reytinqdə ilk onluqda Nyu-Yorkda 11 sentyabr muzeyi, Madriddə "Prado muzeyi və Londondakı Viktoriya və Albert muzeyi, Mexikonun Milli Antropologiya muzeyi və Afinada Akropol muzeyi yer alıb.