"Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Bir də təkrar edirəm, ağlıma batmır ki, Akif belə bir söz danışsın.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.
"Onun cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram, - deyə baş nazirin müavini qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ABŞ-da vəfat edən azərbaycanlı alim Lütfi Zadə haqda xoşagəlməz ifadə işlədib.
Bundan sonra mətbuatda onun cəzalandırılacağı ilə bağlı məlumatlar yayılıb.