Tanınmış yazıçı və aparıcı Orxan Fikrətoğlu yeni telemövsümdən "Space TV-də fəaliyyətə başlayıb. 

Unikal.org xəbər verir ki, qısa müddətdə geniş auditoriya toplamağı bacaran "Gecə düşüncələri" layihəsinin müəllifi Orxan Fikrətoğlu "Space TV-də fəaliyyət göstərməsinin səbəblərini Modern.az-a belə açıqlayıb:

""Space TV-dən qabaq telekanalın prezidenti Vaqif Mustafayevi tanıyırdım və onunla birgə işləməyə gəlmişəm. Elə bil ki min ildir burdayam. Rəhbərlikdən tutmuş sıravi işçilərə qədər hamı hörmətimi saxlayır.

Orxan Fikrətoğlu həmçinin reytinq probleminə də toxunub: "Mənim layihələrimə baxan milli azlıq Üzeyir Hacıbəyovun ilk operası zamanı zalda oturan on iki nəfərin övladlarıdır.Onu da unutmayın ki,bizi millət edən də həmin o on iki adamın düşüncəsidir.O adamlar az olduğu üçün reytinqə təsir edə bilmirlər.Yəqin ki mənə o adamlar baxacaq. Mən onlar üçün işləyirəm.