Çexiya milli komandasının Azərbaycan və San Marino yığmalarına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb.
Unikal.org-un məlumatına görə, baş məşqçi Karel Yarolim qarşıdakı oyunlara 23 futbolçu çağırıb.
Qapıçılar: Tomaş Kubek ("Renn", Fransa), İrji Pavlenka ("Bazel", İsveçrə), Tomaş Vatslik ("Verder", Almaniya)
Müdafiəçilər: Yan Boril ("Slaviya"), Teodor Gebre-Selassi ("Verder", Almaniya), Pavel Kaderabek ("Hoffenhaym", Almaniya), Filip Novak ("Midtyulland", Danimarka), Tomaş Kalas ("Fulhem", İngiltərə), Marek Suxi ("Bazel", İsveçrə), Yakub Brabets ("Genk", Belçika), Mixael Lüftner ("Kopenhagen", Danimarka)
Yarımmüdafiəçilər: Vladimir Darida ("Herta", Almaniya), Borek Dokal ("Henan Szyane", Çin), Yan Kopiç ("Viktoriya"), Tomaş Suşek ("Slaviya), Antonin Barak ("Udineze", İtaliya), Yaromir Zmrhal ("Slaviya"), Şimon Falta ("Siqma Olomuts"), Yakub Yankto ("Udineze", İtaliya), Yozef Quşbauer ("Slaviya")
Hücumçular: Yan Kliment ("Bröndbü", Danimarka), Mixal Krmençik ("Viktoriya"), Milan Şkoda ("Slaviya")
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya matçı saat 20:00-da başlanacaq. Rəqib komanda San Marinonu isə sentyabrın 8-də qəbul edəcək.