Xəbər verdiyimiz kimi, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.
Unikal.org xəbər verir ki, "Qafqazinfonun əldə etdiyi məlumata görə, hazırda MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır. TV-də xüsusi iclas keçirilir. Kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, "qaldıqları yerdən davam etmələri məsələni daha da kəskinləşdirib.
Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb. Bu şou-biznes uşağının başından böyük mövzulara müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki, ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə tənqid etməsi qəti yol verilməzdir.