Xəbər verdiyimiz kimi, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
Unikal.org report-a istinadən xəbər verir ki, şirkətin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və "ATV Səhər verilişinin aparıcısı Turan İbrahimov da vəzifəsindən azad olunub.
Qeyd edək ki, kanalın yeni prezidenti isə A.Xəlilovdur. O, indiyədək CBC televiziya kanalının direktoru vəzifəsində çalışırdı.