Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Unikal.org bildirir ki, vəkil İlyas Kərimov APA-ya deyib ki, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar zərərçəkmişlərə aid bank sənədlərinin məhkəməyə təqdim edilməsini və bəzi MTN əməkdaşlarının şahid qismində məhkəmədə dindirilməsini istəyiblər.
Məhkəmə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.
Prosesdə MTN polkovniki Zaur Məmmədov ifadə verib. O, özünü təqsirli bilmədiyini və verilən ittihamları qəbul etmədiyini deyib. Z. Məmmədov bildirib ki, zərərçəkmiş şəxslərin onun tanımaması da günahsız olduğunu sübut edir.
Proses oktyabrın 3-də davam etdiriləcək.