Prezident İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına "Əməkdar artist fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar artist fəxri adı verilsin:

Abdullayev Davud Bəxtiyar oğlu

Rəhimova Fəzilə Vaqif qızı.

Həmçinin Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni, Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova "Tərəqqi medalı təltif ediliblər.  

Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

"Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə

Qılıncov Bəxtiyar Vaqif oğlu

"Tərəqqi medalı ilə

Ağakərimov Müzəffər Mehdi oğlu

Əliyev Zakir Haşım oğlu

Qədəşov Tahir Ərziman oğlu

Yusufov Rüfət Teymur oğlu