Təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 29-da, saat 11:00-da baş tutacaq qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 26-27-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.