"Oyunçuların hamısını oynatmağa çalışırıq. Hər biri bizim üçün dəyərlidi.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, bunu "Romanın baş məşqçisi Eysebio Di Françesko deyib.
İtaliya nəhəngi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağın qonağı olacaq.
Di Françesko qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib: "Heyətimizi rəqibə görə qurmuruq. Oyun günü kim yaxşı formadadısa, ona da şans veririk. "Qarabağa, onun tarixinə, bura qədər gəldiyi yola böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, sabah bizə asan olmayacaq.
- El Şaravinin yenidən oynaması nə ilə bağlı idi?
- El Şaravi qısa vaxtda zədəsini sağaltdı və onu oynatdıq. Komandamızda Florenzi və Perotti də onu əvəzləmək iqtidarındadılar.
- İtaliya komandalarının Çempionlar Liqası üçün tam təkmilləşmədikləri deyilir. Sizin buna münasibətiniz necədi?
- Bununla razı deyiləm. Daim İspaniya və İngiltərə komandalarına qarşı normal oynamışıq. Digər tərəfdən məşqlərin və hazırlığın buna aidiyyəti yoxdu. Çempionlar Liqası üçün başqa səbəb olmalıdı.
- "Romanı qarşıda çətin oyunlar gözləyir. "Qarabağla matçda heyət qurarkən bunu nəzərə alacaqsınız?
- Çətin oyunlar olacağını dərk edirik. "Qarabağdan texniki cəhətdən üstün olduğumuzu bilirik. Bütün komandalara qarşı qəddar oyun göstərmək niyyətindəyik. Heç bir komandaya güzəşt etmək niyyətimiz yoxdu.
- Komandada nə kimi dəyişikliklər etməyi düşünürsünüz?
- Bir komandanı tamamilə dəyişmək doğru olmaz. Nə qədər dəyişiklik edəcəyimi isə indidən deyə bilmərəm.
- Klubunuzun baş icraçı direktoru Umberto Qandini bildirib ki, "Qarabağın hücumçusu Mahir Mədətovu izləyisiniz. Onunla bağlı düşüncələriniz nələrdi?
- (Mahirin adını tərcüməçidən dəqiqləşdirdikdən sonra). Çox maraqlı oyunçudu. Onu uzaqdan zərbələri ilə tanıyırıq. Mahiri yenə də izləyəcəyik. Amma bura gəlmək səbəbimiz qələbə qazanmaqdı. Mahirdən əlavə, Dino Ndlovu, Pedro Enrike kimi daha 4 oyunçu təhlükəlidi. Onların hamısını sona qədər izləyəcəyik.
- Defrelin müntəzəm oynamamasının səbəbi nədi?
- Onu hamıdan yaxşı tanıyıram. Defrel mənim üçün xüsusi futbolçudu. Onu oynatmıramsa, o demək deyil ki, meydanda görmək istəmirəm. Oynatmıramsa, deməli, ona əlavə nələrisə öyrədirəm.