"İnstagram şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb.
Unikal.org xəbər verir ki, hazırda sosial şəbəkəyə hər ay 800 milyondan çox insan daxil olur, xidmətin gündəlik auditoriyası isə 500 milyonu ötüb.
"Facebookun marketinq həlləri üzrə vitse-prezidenti Kerolin Everson məlumatı təsdiqləyib. Bildirilib ki, "İnstagram 5 ay ərzində öz auditoriyasını 100 milyon artırıb. Aktiv elan verənlərin sayı isə 2 milyonu ötüb.