İtaliyanın "Peruca klubunda çıxış edən şimali koreyalı Han Xvan Son qəribə qadağa ilə üzləşib. 

Unikal.org-un məlumatına görə, gənc futbolçu yerli telekanalların birində qonaq olmalı imiş.

Ancaq son anda ona ölkəsindən zəng gəlib və verilişə çıxamağa icazə verilməyib. Bundan sonra ağlayan oyunçu efirdən imtina edib. Maraqlıdır ki, Han Xvan verilişə çıxamamışdan əvvəl ona ünvanlanacaq suallarla tanış imiş və heç bir siyasi mövzu yox imiş.

Ağır siyasi şərtlərlə idarə olunan Şimali Koreyada futbolçuların televiziyaya çıxması qadağandır.
Qeyd edək ki, "Kalyariən icarəyə götürlmüş 19 yaşlı hücumçu B seriyasında meydana çıxdığı 6 oyunda 5 qol vurub. O ötən il A seriyasında fərqlənərək İtaliya birinciliyində qol vuran ilk şimali koreyalı olub.