Bu il Azərbaycanda qış əvvəlki illərlə müqayisədə sərt keçəcək.
Unikal.org xəbər verir ki, bu barədə azvision.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.
T.Zeynalov qış mövsümündə havaların şaxtakı olacağını deyib:
"İndidən sərt qışa hazır olmalıyıq. Ötən il oktyabrın 20-dən sonra paltoya keçmişdik. Bu il daha tez qış geyimlərinə keçiləcək. Ötən qışda Bakıda, rayonların bəzilərində qar bir qədər az yağmışdı. Cari mövsümdə bunun əski müşahidə olunacaq. Qar daha çox yağacaq, havalar şaxtalı olacaq. İllər ötdükcə buzlaşma hiss olunacaq, havalar tədricən soyuyacaq".