Gəncədə ər arvadını bıçaqlayaraq öldürməyə çəhd edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı olan, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağır olduğu bildirilir.
Hüquq mühafizə orqanları əməkdaşının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan E.Süleymanov saxlanılaraq istintaqa cəlb olunub və onun barəsində Cinayət Məcəlləsinin 129-cu (öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.