Cüdo üzrə ikiqat paralimpiya, ikiqat dünya və 7 dəfə Avropa çempionu olmuş İlham Zəkiyev əməliyyat olunub.
O, əməliyyatı ilə bağlı Unikal.org-a danışıb. İ.Zəkiyev qeyd edib ki, dirsəyindən əməliyyat olundum: "Əslində, xeyli əvvəl əməliyyat olunmalıydım. İslam Həmrəylik Oyunları ərəfəsi mənə dedilər ki, təcili əməliyyat lazımdır. Dedim ki, güləşim sonr. Bu zaman müalicə olundum. Daha sonra müalicə oluna-oluna avqust ayında Avropa çempionatında çıxış etdim. 7-ci dəfə Avrpa çempionu oldum.
4 olimpiyadır fasiləsiz məşqlər, yarışlar üzündən zədəsi ciddiləşən cüdoçumuz həkimlərin qoyduğu qadağa barədə də məlumat verib:
"Həkimlər 1 ay yarım məşq etməyimə qadağa qoyub. Qolumun gipsi bu gün açıldı. Sonra fizioterapiyalara, yüngül məşqlərə başlayacağam. İnşallah gələn il növbəti dünya çempionatında çıxış edəcəm.
Qeyd edk ki, İ.Zəkiyev həmçinin Avropa Oyunlarının qalibi, İslam Oyunlarının bürünc mükafatçısıdır. Qarabağ qazisi idmandakı nailiyyətlərinə görə, iki dəfə "Şöhrət ordeni ilə təltif olunub.
Aygün İlqarqızı