"Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib.

Unikal.org-a daxil olan məlumata görə, "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib.
O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.

Məsələ ilə bağlı Unikal.org Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib: 

"Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm.