Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatında bu günkü pley-off mərhələsinə yekun vurulacaq. Milli Gimnastika Arenasında baş tutacaq 2 qarşılaşmadan sonra 1/4 final cütlərinin hamısı bəlli olacaq.

Maraqlıdır, voleybolçularımz istənilən nəticəni verərsə, rəhbərlik tərəfindən mükafat nəzərdə tutulubmu?
Suala cavab tapmaq üçün Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxladıq. 

Unikal.org-a danışan qurum rəsmisi federasiyanın hər zaman idmançıları diqqətdə saxladığını bildirib:
"Hazırda əsas məqsəd idmançılarımızın mükafatçılar sırasına düşməsidir. Əlbəttə, voleybolçularımız Avropa Çempionatında medal qazansalar, onlara təşəkkür üçün mükafatlar təqdim olunacaq. Amma mükafatın konkret nə olduğunu deyə bilmərəm. Çünki əvvəlcədən mükafatın məbləği nəzərdə tutulmayıb. Pul mükafatı da ola bilər, başqa bir əşya da...
Medal varsa, hər bir idmançının əməyi qimətləndirilir. Bu İslam oyunlarında da belə olmuşdu.
Qeyd edək ki, 1/4 final mərhələsində İtaliyanın Hollandiya, Serbiyanın Belarusla oynayacağı dəqiqləşib.

Məlumat üçün bildirək ki, Voleyboy Federasiyasının prezidenti Cavid Qurbanovdur.

Aygün İlqarqızı