Yunan-Roma güləşi üzrə olimpiya və iki qat dünya çempionu Fərid Mansurov istefa verib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, keçmiş güləşçi Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti postunu tərk edib.

Uzun müddətdir istefa verən çempion nədənsə, qərarıyla bağlı mətbuata açıqlama verməyib.

Qeyd edək ki, F.Mansurovun istefasına səbəb Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsində çalışması göstərilir. 

Aygün İlqarqızı