Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bunlar -  İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir. 
Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Qeyd edək ki, hakimlərin 5 ildən bir səlahiyyət müddəti başa çatırr. 
Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.