"WhatsApp artıq Çində tamamilə qadağan edilib.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, uzun müddət Çin hökumətinin təzyiqi altında olan "WhatsApp artıq qadağan edilib. Çin uzun müddətdir ki, veb-saytlara, xüsusilə sosial şəbəkələrə və Qərbə aid olan saytlara daxil olmaq üçün məhdudiyyət qoymuşdu. Vikipediya, Twitter, Facebook, Instagram və bir çox Google xidmətləri hazırda Çində bloklanır. Daha əvvəl "WhatsApp qismən bloklanmışdı. Bir müddət görüntülü söhbətlər ve digər funksiyalar işləməyib. Amma, indi isə Çin "WhatsApp vasitəsilə ünsiyyəti tamamilə dayandırıb. The New York Times qəzetinə danışan kiber təhlükəsizlik mütəxəssisləri məlumatı təsdiqləyib. Yeni blok normal mətn mesajlaşması da daxil olmaqla xidmətin bütün aspektlərini pozur.
Bu hərəkətin səbəbini proqnozlaşdırmaq çətin deyil. Belə ki, "WhatsApp hökumətin ona nəzarətini çətinləşdirən və ya qeyri-mümkün edən şifrəli mesajları dəstəkləyən xidmətlərdən biridir.