"SalamNews" İnformasiya Agentliyində kadr dəyişikliyi edilib.
Unikal.org-un xəbərinə görə, agentliyin şef redaktoru Rəna Əkbərova tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, R.Əkbərova 2010-cu ilin may ayından 2017-ci ilin sentyabr ayına qədər "SalamNews" İnformasiya Agentliyində şef-redaktor vəzifəsini icra edib.
"SalamNews"dan Unikal.org-a verilən məlumata görə, R.Əkbərova məzuniyyətə gedib.
Rəna Ələkbərova isə Unikal.org-a bildirib ki, agentlikdən öz istəyi ilə ayrılıb: "İşdən çəxarılmamışam, ərizəmi yazdım, öz istəyimlə tutduğum vəzifədən azad edildim."
Xatırladaq ki, "İnteraz" telekanalında da kadr islahatları aparılıb. Tanınmış jurnalist Rəşad Abbasov "İnteraz"ın xəbərlər departamentinin baş redaktoru təyin edilib.
T.Məmmədov