Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dəfn edilib.

Unikal.org xəbər verir ki, mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən vida mərasimindən sonra I Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib.